Bərdədə qəza: 2 ÖLÜ, 4 YARALI -YENİLƏNİB
28 fevral 2024 21:51 (UTC +04:00)

Bərdədə qəza: 2 ÖLÜ, 4 YARALI-YENİLƏNİB

Bərdədə baş verən qəzada ölənlərin adları məlum olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza zamanı Bərdə rayonunun Seyidyusifli kənd sakinləri - 1986-cı il təvəllüdlü Qasımov Eldeniz Ələkbər oğlu və 1985-ci il təvəllüdlü Qocayev Anar Rafiq oğlu aldıqları xəsarətlərdən ölüblər.

***

21.24

Bərdədə baş verən qəzada xəsarət alanların adları məlum olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza zamanı 2003-cü il təvəllüdlü Abbasov Ömər Vüqar oğlu, 1996-cı il təvəllüdlü Əliyev Səxavət Novruz oğlu, 2003-cü il təvəllüdlü Allahverdiyev Elşən Arif oğlu və 1991-cı il təvəllüdlü Qasımov Elçin Nasif oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, onların müayinələri Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri orta ağırdır.

***

20.44

Bərdədə ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Həsənqaya kəndində qeydə alınıb. "Mercedes Benz" markalı minik avtomobili ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub. Nəticədə "VAZ-2107" marakl avtomobildə olan iki nəfər aldıqları ağır xəsarətlərdən ölüb. Daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 
Faktla bağlı araşdırma aparılır.

# 3540
avatar

Oxşar yazılar