Oğurlanan əşyalar
14 iyul 2021 09:41 (UTC +04:00)

Oğurlanan əşyalar

Başqa rayondan gəlib evləri qarət etdi-FOTO

Qubada oğurluqlar edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Xaçmaz rayonunun Qaraqurtlu kənd sakini Namiq Əliyevin olduğuna əsaslı şübhələr yaranıb. Aparılan araşdırmalarla onun Quba rayonuna gələrək bir sıra qəsəbə və kəndlərin ərazilərindəki yaşayış evlərindən qızıl-zinət əşyaları, telefonlar, televizor, su nasosu, elektrik sayğacı və s oğurladığı müəyyən edilib.

Onun digər cinayətlərdə iştirakının müəyyən edilməsi ilə bağlı Quba rayon Polis Şöbəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1209
avatar

Mehman Nəbiyev

Oxşar yazılar