Bakıda velosipedçinin FACİƏLİ SONU
28 iyun 2021 13:42 (UTC +04:00)

Bakıda velosipedçinin FACİƏLİ SONU

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə iyunun 27-də saat 23 radələrində Yasamal rayonu Moskva prospektində baş verib. Abşeron rayon sakini S.Tağıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə velosiped sürən Bakı şəhər sakini Orxan Namazovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdiriən O.Namazov ölüb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1710
avatar

Mehman Nəbiyev

Oxşar yazılar