Bakıda ölümlə nəticələnən ağır qəza olub.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Bakı şəhəri istiqamətində həkərət edən 28 yaşlı İsmayılzadə Ceyhun Elçin oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan 37 yaşlı Quliyev Emin Camal oğlunun idarə etdiyi "Ford Tranzit" markalı avtomobillə toqquşub.
Daha sonra hər iki maşın çəpərlərə çırpılıb. Nəticədə sürücü C. İsmayılzadə xəsarət alıb, sərnişini olan anası 63 yaşlı Nəsirli İqlimə Maşallah qızı isə yerləşdiyi Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.