Bakıda qəza törədən maşın işıq dirəyini aşırdı-FOTO
12 dekabr 2023 01:51 (UTC +04:00)

Bakıda qəza törədən maşın işıq dirəyini aşırdı-FOTO

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, qəza Badamdar şossesində qeydə alınıb.

Belə ki, “Honda” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Sükana nəzarəti itirən “Honda” markalı minik avtomobilinin sürücüsü maşını yolayrıcındakı işıq dirəyinə çırpıb.

Zərbənin təsirindən işıq dirəyi yerindən qopub, yol infrastrukturuna ziyan dəyib.

Hadisədə bir nəfər xəsarət alıb.

Avtomobillərin yoldan götürülməsi təmin edilib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3546
avatar

Oxşar yazılar