Bakıda keçmiş məhkuma qarşı  QULDURLUQ:   döyüb...
25 fevral 2022 15:55 (UTC +04:00)

Bakıda keçmiş məhkuma qarşı QULDURLUQ: döyüb...

Fevralın 24-də Səbail rayonu ərazisində 4 nəfər Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əmişovu döyərək 800 manat pulunu və mobil telefonunu alıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Səbail rayon Polis İdarəsi, 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Fərhadov, Füzuli rayon sakinləri F.Ələkbərov və E.İsrafilov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1713
avatar

Mehman Nəbiyev

Oxşar yazılar