Bakıda kasıbları təhqir edən "Galik" sürücüsü polisə çağırıldı - VİDEO
11 yanvar 2022 19:51 (UTC +04:00)

Bakıda kasıbları təhqir edən "Galik" sürücüsü polisə çağırıldı - VİDEO

Bu gün sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən “Gallendvagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin sürücünün 37 yaşlı Samid Bağırov olması müəyyən edilərək saxlanılıb. 

S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşiman olduğunu qeyd edərək üzrxahlıq edib.

Kasıbları söyən sürücü üzr istədi

# 8187
avatar

Mehman Nəbiyev

Oxşar yazılar