Bakıda İran vətəndaşı  DƏHŞƏTLİ QƏZA TÖRƏTDİ:  3 ölüm
16 mart 2022 11:55 (UTC +04:00)

Bakıda İran vətəndaşı DƏHŞƏTLİ QƏZA TÖRƏTDİ: 3 ölüm

Bakıda ölümlə nəticələnən ağır yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə martın 15-də saat 19 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində baş verib.

İran vətəndaşı Pormehrali İsmialinin idarə etdiyi “Howo” markalı yük avtomobili ilə Bakı şəhər sakini E.Əliyevin idarə etdiyi “QAZel” markalı mikroavtobus toqquşub. Nəticədə E.Əliyevin sərnişinləri Babaşah Qəribov, Qayıb Zeynalov və Məhəmməd Qaraşov hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3327
avatar

Mehman Nəbiyev

Oxşar yazılar