Bakıda itkin düşən qız tapılıb.
Lent.az xəbər verir ki, itkin düşən 18 yaşlı Günel Abdullayeva polis əməkdaşları tərəfindən tapılaraq, ailəsinə təhvil verilib.
***
09:25
Bakıda gənc qız itkin düşüb.
Lent.az xəbər verir ki, Xətai rayonu, İ.Zülfüqarov küçəsində yaşayan 18 yaşlı Abdullayeva Günel Rizvan qızı fevralın 12-də evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə onun qardaşı polisə müraciətində bildirib.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsində araşdırma aparılır.