Bakıda ər-arvad qazdan boğulublar.
Lent.az xəbər verir ki, hadisə fevralın 14-də Binəqədi rayonu Binəqədi qəsəbəsində baş verib.
Qəsəbə sakinləri, 46 yaşlı H. Ə. və həyat yoldaşı 45 yaşlı F. Ə. yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.