Bakıda yaşayış binasında YANĞIN:  sakinlər təxliyə olundu - VİDEO
15 fevral 2025 15:12 (UTC +04:00)

Bakıda yaşayış binasında YANĞIN: sakinlər təxliyə olundu - VİDEO

Bakıda beşmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə əsasən, “112” qaynar telefon xəttinə Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. 

Keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb. 

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən isə Lent.az-a bildirilib ki, yanğın səbəbindən Ağa Nemətulla küçəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hərəkətin və ərazidə olan şəxslərin təhlükəsizliyinin təmin olunması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 686

Oxşar yazılar