Qazaxıstanın paytaxtı Astanada uşaq baxçasında müəllimə uşağı ssitemli şəkildə döyüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, valideynlər körpənin bədənində qançırlar aşkarlayıblar. Onların bu qançırların nədən yarandığı barədə sualına müəllimənin cavabı uşağın sadəcə oynayarkən yıxılması və özünü vurması olub.
Ancaq uşağın anası müəssisədə quraşdırılmış kameraların qeydlərini öyrənmək istəyib. Bu zaman isə şok həqiqət üzə çıxıb.
Məlum olub ki, müəllim azyaşlı oğlanı tualetdə saxlayaraq, daim döyüb və üstünə qışqırıb. Başına o qədər zərbə vurub ki, uşaq qorxusundan kəkələməyə və şalvarına sidik qaçırmağa başlayıb.
Ana təkcə oğlunun deyil, digər uşaqların da müəllimdən zərər gördüyünü iddia edib.
Ailə qadına qarşı polisə şikayət edib. Zərərçəkmişlərin sözlərinə görə, müəllimə artıq işdən çıxarılıb.