“Mançester Yunayted” hamının heyran olduğu hücumçunu  150 milyona alır
15 fevral 2025 15:54 (UTC +04:00)

“Mançester Yunayted” hamının heyran olduğu hücumçunu 150 milyona alır

“Mançester Yunayted” bu yay 25 yaşlı hücumçu Julian Alvaresin transferi üçün “Atletiko Madrid”ə 150 milyon avro təklif etməyə hazırdır.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, digər Avropa nəhəngləri kimi “qırmızı şeytanlar” da argentinalı futbolçunun cari mövsümdəki çıxışından heyran qalıb. Bununla belə, Alvares üçün “Atletiko”da qalmaq xoşdur və Dieqo Simeonenin komandasını tərk etmək istəmir.

Hücumçu keçən yay "Mançester Siti"dən "matras düşərgəsi"nə köçüb. Bu mövsüm Alvares bütün yarışlarda 36 oyunda iştirak edib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1358

Oxşar yazılar