Braziliyalı bir cütlük, 84 il 77 gün davam edən evlilikləri ilə dünya rekordunu qırıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu müddət ərzində cütlük 13 uşaq tərbiyə edib. Ailələri 55 nəvə, 54 nəticə və 12 kötükcə böyüdüb. 105 yaşlı Manoel və 101 yaşlı Mariya, hazırda həyatda olan ən uzun müddət evli qalan cütlük kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Qeyd edək ki, Yaponiyanın 116 yaşlı sakini Tomiko Itooka, dünyada ən yaşlı insan hesab edilərək, yaşlılıqdan vəfat edib. O, 2023-cü ilin dekabrında, 116 yaşında vəfat edən Fusa Tatsuminin ölümündən sonra Yaponiyanın ən yaşlı qadını olmuşdu. Əvvəlki uzunömürlülük rekordçusu, 117 yaşlı Maria Branyas 2024-cü ilin sentyabrında vəfat etməsindən sonra Tomiko Itooka, "Ginnesin Rekordlar Kitabı" tərəfindən rəsmi olaraq dünyanın ən yaşlı insanı kimi tanınmışdı.