Süpürgə qədim zamanlardan əcdadlarımız üçün müqəddəs bir əşya hesab olunurdu. O, təkcə evi zibildən təmizləmirdi, həm də mənfi enerjidən və bəlalardan qoruyurdu.Baxmayaraq ki, bu gün təmizlik üçün müasir texnologiyalardan istifadə olunur, süpürgə hələ də ev təsərrüfatında vacib bir əşyadır.
Lent.az bu mövzu ilə bağlı maraqlı məlumatları sizlərə təqdim edir:
Qədim inanclara görə, süpürgənin evdə harada yerləşdirilməsi orada yaşayan insanların rifahına və xoşbəxtliyinə birbaşa təsir edir. Bəs süpürgəni harada qoymaq olmaz ki, evə bəlalar gəlməsin?
Xalq inancları
Qapının arxasında – Əcdadlarımız inanırdılar ki, süpürgənin hər hansı bir otağın və ya ümumiyyətlə, evin qapısının arxasında dayanması yaxşı deyil. Bu, müsbət enerjinin axınına mane olur və bəd enerjiyə, hətta digər aləmlə əlaqəyə yol aça bilər. Nəticədə evə bəlalar gələ bilər.
Qapı ağzında (astanada) – Əgər evinizə xoşagəlməz bir qonaq gəlibsə, ondan xilas olmaq üçün evi süpürüb süpürgəni qapı ağzına qoymaq olar. Bu üsul neqativ enerjidən qorunmaq üçün istifadə edilir. Lakin adi günlərdə süpürgəni qapının ağzında qoymaq olmaz, çünki bu, evə bədbəxtlik gətirə bilər.
Hamamda və tualetdə – Əgər süpürgəni hamamda və ya tualetdə saxlasanız, bu, sağlamlıq problemlərinə səbəb ola bilər. Bundan əlavə, ailədə harmoniya pozular və mübahisələr arta bilər.
Bəs süpürgəni hara qoymaq olar?
Mütəxəssislərinin fikrincə, süpürgə üçün ən uyğun yer mətbəxdir. Lakin onu mütləq süpürgə hissəsi yuxarı istiqamətə baxacaq şəkildə qoymaq lazımdır. Süpürdükdən sonra isə süpürgəni təmizləmək və artıq zibilləri üzərində saxlamamaq vacibdir.