Bakıda körpünün altından kişi meyiti tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsində baş verib.
Burada körpünün altından 65 yaşlı Malik Qürbət oğlu Məlikovun meyiti aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Araşdırma zamanı mərhumun fevralın 11-də itkin düşdüyü məlum olub.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.