Çinin Şandunq əyalətinin Zibo şəhərindəki heyvanxana rəhbərliyi zebralarla daha çox ziyarətçi cəlb etmək qərarına gəlib.
Lent.az xəbər verir ki, lakin internet istifadəçiləri saxtalığı görüb və rəhbərliyi tənqid etməyə başlayıblar. Onlar eşşəklərin ağ-qara işarələrini orijinal marketinq hiyləsi olduğunu deyiblər.
Bəzi istifadəçilər park nümayəndələrinin heyvanların üzərində lentdən istifadə etməsi fikrini irəli sürüblər. Digərləri isə eşşəklərin boya ilə zebraya çevrildiyini düşünüblər.
Zoopark rəsmiləri boyanın rəngləmə üçün istifadə edildiyini təsdiqləyiblər.