Bakıda silsilə oğurluq hadisələri olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Səbail və Nərimanov rayonlarında yerləşən ticarət mərkəzlərində mağazaların birindən 480 manat dəyərində qızıl-zinət əşyası, həmçinin ayrı-ayrı vətəndaşlara məxsus mobil telefonlar və bank kartları oğurlanıb.
Oğurluqda şübhəli bilinən 30 yaşlı N.Kərimova, 30 yaşlı S.Əsgərov, 28 yaşlı F.Mənsimli və iki yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.