Azyaşlıya araq içirdib videosunu paylaşan CƏZALANDI
07 dekabr 2022 15:50 (UTC +04:00)

Azyaşlıya araq içirdib videosunu paylaşan CƏZALANDI

Azyaşlı qohumuna spirtli içki içirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, azyaşlıya spirtli içki verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. Həmin şəxs müəyyən olunaraq Yevlax rayon Polis Şöbəsinə dəvət olunub.

Onun barəsində  İnzibati Xətalar Məcəlləsinin 189.1-ci (Uşaqların təlim-tərbiyəsi vəzifələrini valideynlər və onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.

# 3192
avatar

Oxşar yazılar