Azərbaycanlıları qeydiyyata salan şəxsə cinayət işi açıldı
07 avqust 2024 17:36 (UTC +04:00)

Azərbaycanlıları qeydiyyata salan şəxsə cinayət işi açıldı

Rusiyanın Krasnoyarsk diyarının Kansk şəhərində polis əməkdaşları beş azərbaycanlının qondarma qeydiyyatda olduğu “kabus” evi aşkar ediblər. Bu qeyri-adi mülkün “sahibi” 44 yaşlı yerli sakin olub. Faktiki olaraq qeydiyyat olan yerin tərk edilmiş torpaq sahəsindən ibarət olduğu üzə çıxıb.

Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, polis əməkdaşları müəyyən ediblər ki, “yeni köçənlər” ölkəyə qanuni yolla gəliblər və tikinti ilə məşğul olduqları həmin kişinin daçasında yaşayırlar. Ev sahibinin özü başqa ünvanda olub.

O deyib ki, həqiqətən də qeydiyyat yerində kiçik bir ev var. Lakin azərbaycanlılar gələcəkdə bu sahədə yeni ev tikməli idilər.

“Lakin bu vəziyyətə baxmayaraq, araşdırmada iştirak edən şəxs hüquq-mühafizə orqanına bilərəkdən yalan məlumat verdiyindən utanmayıb”, - deyə polis qeyd edib.

Nəticədə həmin şəxsə qarşı cinayət işi açılıb və onu həbs cəzası gözləyir. Onun üç il müddətinə həbs oluna biləcəyi məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1800
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Ağstafada üzüm yığan ər və arvad faciəvi şəkildə öldü

Ağstafada üzüm yığan ər və arvad faciəvi şəkildə öldü

8 sentyabr 2024 , 11:29
Azərbaycanda zəlzələ oldu-YENİLƏNİB

Azərbaycanda zəlzələ oldu-YENİLƏNİB

8 sentyabr 2024 , 11:09
Göygöldə kafe yandı

Göygöldə kafe yandı

8 sentyabr 2024 , 10:31
Bakıda şadlıq evində yanğın oldu

Bakıda şadlıq evində yanğın oldu

8 sentyabr 2024 , 10:26
Beyləqanda AĞIR QƏZA:  25 yaşlı gənc öldü

Beyləqanda AĞIR QƏZA: 25 yaşlı gənc öldü

8 sentyabr 2024 , 01:48
Samuxda AĞIR QƏZA:  Ölənlər var -YENİLƏNİB-1

Samuxda AĞIR QƏZA: Ölənlər var -YENİLƏNİB-1

8 sentyabr 2024 , 00:04
Goranboyda "Qazel" və "Opel" TOQQUŞDU:  Xəsarət alanlar var-FOTO

Goranboyda "Qazel" və "Opel" TOQQUŞDU: Xəsarət alanlar var-FOTO

7 sentyabr 2024 , 23:37
Ucarda 16 yaşlı qız qaçırıldı

Ucarda 16 yaşlı qız qaçırıldı

7 sentyabr 2024 , 17:23