Azərbaycanda silahlı insident törədənə HÖKM OXUNDU
26 mart 2021 12:10 (UTC +04:00)

Azərbaycanda silahlı insident törədənə HÖKM OXUNDU

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirdə həmkəndlisini güllələməkdə təqsirləndirilən Famil Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, F. Muradov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il mayın 4-də Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində qeydə alınıb. Kənd sakini Asif Muradova odlu silahdan atəş açılması nəticəsində qəsdən öldürülməsinə cəhd edilib.

İstintaqla zərərçəkmişin həmkəndlisi Famil Muradovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Asif Muradovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib və o saxlanılıb.

F. Muradova Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1887
avatar

Oxşar yazılar