Azərbaycanda saxta general  saxlanıldı - FOTO
20 iyul 2024 12:51 (UTC +04:00)

Azərbaycanda saxta general saxlanıldı - FOTO

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə vətəndaşların etibarından sui-istifadə etməklə dələduzluq əməllərində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, Bakı sakini, əvvəllər məhkum olunmuş Babazadə Elvin Firudin oğlu özünü ali rütbəli - (general-mayor) əməkdaş kimi təqdim edərək insanların pul vəsaitlərini ələ keçirib. 

2024-cü ilin aprel-may ayları ərzində ayrı-ayrı zərərçəkənlərə müxtəlif vədlər verərək onların ümumilikdə 61700 manatını dələduzluq yolu ilə talayıb. 

Faktla bağlı E.Babazadə barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Hazırda onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Onun əməllərindən zərərçəkmiş başqa vətəndaşlar DİN-in 102 Zəng-Mərkəzinə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1044
avatar

Oxşar yazılar