Bakı-Sumqayıt yolunda maşın ağaca çırpıldı,  nənə və nəvəsi öldü - YENİLƏNİB
19 iyul 2024 17:05 (UTC +04:00)

Bakı-Sumqayıt yolunda maşın ağaca çırpıldı, nənə və nəvəsi öldü - YENİLƏNİB

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin bir ailənin üzvləri olduğu məlum olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza nəticəsində Yusifova Südabə Əbdül qızı və onun nəvəsi hadisə yerində ölüb.

***
16:33

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetməni itirərək yol kənarında ağaca çırpılıb. Hadisə nəticəsində sürücü və yanındakı sərnişinin öldüyü bildirilir.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1119
avatar

Oxşar yazılar