Kəlbəcərdə MİNA PARTLADI:  yaralılar var -YENİLƏNİB
19 iyul 2024 23:23 (UTC +04:00)

Kəlbəcərdə MİNA PARTLADI: yaralılar var -YENİLƏNİB

İyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, daxili işlər, müdafiə nazirlikləri və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.

Hadisə nəticəsində 55 yaşlı Hüseynov Xəlifə Həsən oğlu piyada əleyhinə minaya düşərək xəsarət, onun arxasınca hərəkət edən 46 yaşlı Məmmədov Səməndər Əliqəmə oğlu isə həmin mina partlaması nəticəsində qəlpə yaraları alıb.

Daha sonra hadisə yerinə onlara köməyə gedən 48 yaşlı Qaraşov Rahim Əşrəf oğlu ikinci minanın partlaması müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.

Bir daha vətəndaşlarımızı təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırırıq!

***

19:04

Kəlbəcərdə 55 yaşlı kişi minaya düşüb.

Lent.az -ın APA-ya istinadən məlumatlna görə, hadisə rayonun Ağdaban kəndində qeydə alınıb.

Hüseynov Xəlifə Həsən oğlu kənd ərazisində minaya düşüb. Hadisə yerinə Kəlbəcər rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

O,  xəstəxayana çatdırılıb, vəziyyəti ağırdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1797
avatar

Oxşar yazılar