50 yaşlı kişi 71 yaşlı arvadını bağlayıb döydü
19 iyul 2024 19:31 (UTC +04:00)

50 yaşlı kişi 71 yaşlı arvadını bağlayıb döydü

Türkiyədə kişi yaşlı arvadının boynunu və ayaqlarını iplə bağlayaraq döyüb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Muğla şəhərinin Köyceğiz qəsəbəsində baş verib. Daxil olan məlumat əsasında polislər qeyd olunan ünvana yollanıblar. Həmin evdə 71 yaşlı M.B.-ni boynundan və ayaqlarından iplə bağlanmış halda tapıblar. Qadının həmçinin döyüldüyü də müəyyən olunub.

Xəstəxanada müalicə alandan sonra evə buraxılan qadın 50 yaşlı ərindən şikayətçi olub. Prokurorluğun qərarı ilə onun əri Soner Başkan saxlanılaraq, həbsxanaya göndərilib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 567
avatar

Oxşar yazılar