Şirvanda yeniyetmə qız intihar məktubu  yazıb itkin düşdü
20 iyul 2024 10:00 (UTC +04:00)

Şirvanda yeniyetmə qız intihar məktubu yazıb itkin düşdü

Şirvanda 14 yaşlı qız özünü öldürəcəyi ilə bağlı məktub yazaraq, evdən gedib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Şirvan sakini Nərgiz Ziyadi evdən çıxıb və geri qayıtmayıb.

Yaxınları onun özünü öldürəcəyi barədə məktub yazdığını deyirlər. Evdən çıxarkən əynində cins şalvar və ağ köynək olub, boyu 1,5 metrdir.

Bu barədə polisə də məlumat verilib. Onu görənlərdən 102 xidmətinə, Şirvan şəhər Polis Şöbəsinin 02121 5 14 50, 055 759 09 59 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699
avatar

Oxşar yazılar