Bakının mərkəzində otel qarət olundu, işçisi tutuldu
20 iyul 2024 14:24 (UTC +04:00)

Bakının mərkəzində otel qarət olundu, işçisi tutuldu

Bakıda oteldən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Səbail rayonu ərazisində yerləşən otellərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Araşdırmalarla oradan 13 ədəd televizor və 3 mobil telefonun oğurlanması məlum olub. 

Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlinin orada işləyən E.İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o, saxlanılıb. 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600
avatar

Oxşar yazılar