Evliliklərin sayına görə rekordçu: 53-cü evlilikdə öldü
20 iyul 2024 14:01 (UTC +04:00)

Evliliklərin sayına görə rekordçu: 53-cü evlilikdə öldü

Kamarudin Mohammed qırılması çox çətin olan rekorda imza atıb. Bu malayziyalı ömrü boyu 53 dəfə evlənib. Üstəlik, söhbət real və rəsmi bağlanan nikahlardan gedir.

Lent.az xarici KİV-ə istinadən Kamarudin Məhəmmədin şəxsi həyatını təqdim edir:

O, heç vaxt özünü qadın dəlisi hesab etmirdi. Sadəcə olaraq ideal bir ruh yoldaşı arzusunda idi. Malayziyalı uzun müddət özünə uyğun həyat yoldaşı tapa bilməyib. Kamarudin çox tez seçdiyi xanımlardan məyus olub. Onlardan biri ilə evlilik 48 saatdan az davam edib.

Bununla belə, 52-ci cəhd uğurlu alınıb: malayziyalı taylandlı qadınla evlənib.

Kişi bu qadınla iki on il yaşayıb. Çox güman ki, evlilik daha da davam edəcəkdi. Lakin ölüm həyat yoldaşlarını ayırıb: Kamarudin Məhəmmədin 52-ci arvadı vəfat edib. Qadının ölüm səbəbi xərçəng olub.

Dul qalmış malayziyalı 53-cü dəfə evlənmək qərarına gəlib. Kamarudin bir vaxtlar həyat yoldaşı olan qadınla münasibətini rəsmiləşdirib. Kişi ömrünün sonuna qədər bu xanımla yaşayıb. Evlilik 3 il davam edib. Və sonda Kamarudin özü ölüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5493
avatar

Fidan İlqar

Oxşar yazılar