Haaland "Real"ı yox "Barselona"nı seçdi - SƏBƏBİ
20 iyul 2024 10:26 (UTC +04:00)

Haaland "Real"ı yox "Barselona"nı seçdi - SƏBƏBİ

"Mançester Siti"nin və Norveçin hücumçusu Erlinq Haaland artıq “Real Madrid”ə keçməkdə maraqlı deyil.

Lent.az xarici mediaya istinadla bildirir ki, forvard Kilian Mbappenin “Real Madrid”ə transferindən sonra gələcək klubuna olan üstünlüklərini dəyişib. İndi o, Madrid klubuna keçsə, start heyətdə oynayacağına əmin deyil.

Bununla belə, hücumçu “Mançester Siti”ni tərk etməyin əleyhinə deyil və hələ də özünü İspaniya La Liqasında sınamaq istəyir. Belə ki, o, hazırda gələcək klub kimi “Barselona”ya üstünlük verir.

Həmçinin məlumata görə, Haalandın 2027-ci ilə qədər olan müqaviləsində İspan nəhəngi "vətəndaşlara" təklif edərsə, 2025-ci ildən satın alma maddəsi var.

Ötən mövsüm hücumçu "Mançester Siti"nin heyətində bütün turnirlərdə 45 oyun keçirib, 38 qol vurub və 6 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3579
avatar

Oxşar yazılar