Bakıda DƏHŞƏT:  oğul anasını öldürdü
20 iyul 2024 09:50 (UTC +04:00)

Bakıda DƏHŞƏT: oğul anasını öldürdü

İyulun 20-də saat 7 radələrində Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində 57 yaşlı Aybəniz Şükürovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Qaradağ rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırmalarla 33 yaşlı Kamran Şükürzadənin şəxsi münasibətlər zəminində anası  Aybəniz Şükürovanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamran Şükürzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

***

İyulun 20-də saat 8 radələrində paytaxtın Qaradağ rayonu Ümid qəsəbəsində 57 yaşlı Şükürzadə Aybəniz Məhəmməd qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu 33 yaşlı Şükürzadə Kamran Etibar oğlu saxlanılıb. O, polisə könüllü gəlib. 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1065
avatar

Oxşar yazılar