Qusarda "TikTok" videosu  çəkən sürücü qəzada öldü - VİDEO
20 iyul 2024 13:42 (UTC +04:00)

Qusarda "TikTok" videosu çəkən sürücü qəzada öldü - VİDEO

Qusarda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Əcəxuroba kəndində baş verib. 27 yaşlı Eyvazov Pərviz Şərif oğlunun idarə etdiyi "Ford Tranzit" markalı avtomobillə 29 yaşlı Xaspoladov Albert Azik oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub.

Nəticədə A. Xaspoladov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, dünyasını dəyişən A. Xaspoladov "TikTok" üçün video çəkirmiş. Bu zaman o, qəfil manevr edərək, qəza törədib.

Hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 816
avatar

Oxşar yazılar