"Titanik" gəmisi ilə bağlı yeni FAKT:  Kapitan yatmasa idi...
15 sentyabr 2025 11:37 (UTC +04:00)

"Titanik" gəmisi ilə bağlı yeni FAKT: Kapitan yatmasa idi...

0

“Əfsanəvi “Titanik” gəmisinin sərnişinləri xilas ola bilərdilər”

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu fikri London Universitet Kollecində (UCL) tarix təhsili almış keçmiş hüquqşünas, hazırda isə tanınmış komediyaçı Pol Koulter səsləndirib.

Onun sözlərinə görə, “Titanik” sərnişinlərinin taleyini tamamilə dəyişə biləcək başqa bir gəmi var idi – “Kalifornian”. Bu gəmi faciə baş verən yerdən cəmi 8 mil (təxminən 13 km) uzaqda idi.

“Titanik’in bütün cəhdlərinə baxmayaraq – (radio siqnalları, Morze siqnalları, hətta sirli gəmiyə qayığın göndərilməsi) həmin gəmi ‘Titanik’i xilas etmək üçün heç nə etmədi”, - o bildirib.

Tarixçinin sözlərinə görə, səbəb olduqca sadə idi. “Kalifornian” gəmisinin kapitanı yatmışdı.

“Onu gecə iki dəfə oyatmışdılar, raketlər barədə məlumat vermişdilər (yəni ehtimal ki, siqnal raketləri nəzərdə tutulur), amma o, göyərtəyə çıxmamış, baş verənləri yoxlamamış və öz kajutunda qalmışdı”, – o vurğulayıb.

“Titanik” fəlakəti

Məlum olduğu kimi, “Titanik” gəmisi 1912-ci il aprelin 15-i gecəsi batıb. Gəmi Atlantik okeanında aysberqlə toqquşub. Həmin vaxt 1496 nəfər həlak olub, 712 nəfər isə xəsarət alıb.

Diqqətçəkən məqam budur ki, faciədən bir gün əvvəl “Titanik” müxtəlif gəmilərdən Atlantikanı keçən 7 aysberq xəbərdarlığı almışdı. Lakin aysberqi görən kimi göstərilən bütün səylərə baxmayaraq, gəmiyə bu buz kütləsindən yayınmaq mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar