Azərbaycanda rüşvət alan məktəb direktoru HƏBS EDİLDİ  -YENİLƏNİB
03 fevral 2025 11:45 (UTC +04:00)

Azərbaycanda rüşvət alan məktəb direktoru HƏBS EDİLDİ -YENİLƏNİB

Regional idarə Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktorunun həbsi məsələsinə münasibət bildirib.

Lent.az Dağliq-şirvan regional təhsil idarəsinin açıqlamasını təqdim edir:

“Məlumat üçün bildiririk ki, Ağsu rayonu Rəhimli kənd S.Mikayılov adına tam orta məktəbin direktoru işləmiş Həsənov Fəxrəddin Həsənqulu oğlu əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə 03.07.2024-cü il tarixində tutduğu vəzifədən azad edilib.

Bununla yanaşı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən adıçəkilən təhsil müəssisəsində aparılmış yoxlama zamanı sabiq direktorun əmək fəaliyyəti dövründə dövlət əmlakını mənimsəməsi də aşkarlanıb və toplanmış materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib”.

 

***

10:42

 

Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib.

Lent.az xəbər verir ki, direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.

Ağsu Rayon Prokurorluğunda F.Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə ilkin istintaq tamamlanıb.

Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14716

Oxşar yazılar

Azərbaycanda qanunsuz dini təbliğat aparanlar ölkədən QOVULDU

Azərbaycanda qanunsuz dini təbliğat aparanlar ölkədən QOVULDU

4 iyun 2025 , 17:20
4 ay əvvəl təyin olunan polis rəisi istefa verdi

4 ay əvvəl təyin olunan polis rəisi istefa verdi

4 iyun 2025 , 17:16
Azərbaycanın dünyada axtardığı şəxs Ukraynada tutuldu

Azərbaycanın dünyada axtardığı şəxs Ukraynada tutuldu

4 iyun 2025 , 16:50
Birləşmiş Ərəb Əmirliyi onu Azərbaycana təhvil verdi

Birləşmiş Ərəb Əmirliyi onu Azərbaycana təhvil verdi

4 iyun 2025 , 16:43
Sabirabadda yanaraq ölən ailənin FOTOLARI

Sabirabadda yanaraq ölən ailənin FOTOLARI

4 iyun 2025 , 16:38
Əlil qardaşlar evdə diri-diri yandılar

Əlil qardaşlar evdə diri-diri yandılar

4 iyun 2025 , 16:20
Polis bölməsinə BASQIN:  inspektor saxlanıldı

Polis bölməsinə BASQIN: inspektor saxlanıldı

4 iyun 2025 , 15:52
Oğuzda bəy toy günü maşını aşırdı

Oğuzda bəy toy günü maşını aşırdı

4 iyun 2025 , 14:46