Azərbaycanda qadın özünü “siçan dərmanı” içərək öldürdü
07 avqust 2022 11:42 (UTC +04:00)

Azərbaycanda qadın özünü “siçan dərmanı” içərək öldürdü

Gəncədə 40 yaşlı qadın dərman içərək ölüb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 1982-ci il təvəllüdlü Əliyeva Kəmalə yaşadığı evdə “siçan dərmanı” içərək özünə qəsd edib. Qadının meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə  şəhər  şöbəsinə təhvil verilib. Onun hansı səbəbdən intihar etməsi məlum deyil. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

# 2160
avatar

Oxşar yazılar