Azərbaycanda hamilə qəfil ÖLDÜ:  doğuşa saatlar qalmışdı
27 iyun 2022 15:08 (UTC +04:00)

Azərbaycanda hamilə qəfil ÖLDÜ: doğuşa saatlar qalmışdı

Astarada doğuşa hazırlaşan 25 yaşlı qadın ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, rayonun Giləkəran kənd sakini, 1997-ci il təvəllüdlü Aytən Eldəniz qızı Qasımzadə yaşadığı evdə dünyasını dəyişib. 

Qadının meyiti müayinə olunmaqdan ötrü aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, mərhum 9 aylıq hamilə olub və 3-cü dəfə ana olmağa hazırlaşırdı.

Hazırda qadının hansı səbəbdən dünyasını dəyişdiyi araşdırılır.

# 3921
avatar

Oxşar yazılar