Azərbaycanda gənc oğlan "PUBG" oynayandan sonra  YOXA ÇIXDI  - FOTO
05 mart 2022 13:55 (UTC +04:00)

Azərbaycanda gənc oğlan "PUBG" oynayandan sonra YOXA ÇIXDI - FOTO

Hacıqabul rayonu Navahı kənd sakini, 23 yaşlı Cəlal Tapdıqov martın 3-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlal Tapdıqov arıq bədən quruluşlu, qara saçlı, gözlərinin rəngi qaradır. Evdən çıxan zaman əynində qara rəngli gödəkçə, qara şalvar, qara papaq və  qara ayaqqabı olub.

Şəkildə gördüyünüz səxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Hacıqabul rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

İtkin düşən 24 yaşlı Cəlal Tapdıqovun əmisi oğlu Hilal Tapdıqov Lent.az-a bildirib ki, Cəlal martın 3-ü gecə Hacıqabul rayonu Nəvahi kəndindəki yaşadığı evdən çıxaraq, Lökbatan dairəsinə getmək üçün maşına minib:

“Ən son orada görünüb. Telefonuna zəng çatmır, söndürülüb. Polisə müraciət etmişik. 14 saat əvvəl "Facebook" hesabında onlayn olub. İndi onunla da əlaqə saxlamaq olmur. Bəlkə internet-kafe işlədən qardaşlar görə bilər. Bakını tanımır, orada tanıdığı qohumu, dostu da yoxdur. Evdən çıxanda ən son “PUBG” adlı oyunda olub. Ondan sonra ora da girməyib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3114
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Bakıda AĞIR QƏZA:  Avtomobil piyadanı vurdu

Bakıda AĞIR QƏZA: Avtomobil piyadanı vurdu

2 iyul 2024 , 09:50
Bakıda DƏHŞƏT : qadın özünü 12-ci mərtəbədən atdı

Bakıda DƏHŞƏT: qadın özünü 12-ci mərtəbədən atdı

2 iyul 2024 , 09:11
Şəkidə kişini ilan sancdı - vəziyyəti ağırdır

Şəkidə kişini ilan sancdı - vəziyyəti ağırdır

2 iyul 2024 , 08:04
Mingəçevirdə məktəbdən 8 min manatlıq oğurluq

Mingəçevirdə məktəbdən 8 min manatlıq oğurluq

1 iyul 2024 , 18:31
Azərbaycanda HOTELDƏ ÖLÜM

Azərbaycanda HOTELDƏ ÖLÜM

1 iyul 2024 , 17:54
DTX-nın  həbs etdiyi məmur azadlığa buraxıldı

DTX-nın həbs etdiyi məmur azadlığa buraxıldı

1 iyul 2024 , 17:38
Asif Məlikov Gürcüstanda həbs edildi - İnterpoldan ƏMƏLİYYAT

Asif Məlikov Gürcüstanda həbs edildi - İnterpoldan ƏMƏLİYYAT

1 iyul 2024 , 17:07
Kamran Əliyev 2 prokuroru TƏQAÜDƏ GÖNDƏRDİ

Kamran Əliyev 2 prokuroru TƏQAÜDƏ GÖNDƏRDİ

1 iyul 2024 , 16:21