Sabirabadda avtomobil yanıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-averilən məlumata görə, rayonun Bulduq kəndində “Kia” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 41 yaşlı Qəniyev Rafət Rafiq oğlunun yanmış meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yanğın söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar təhqiqat aparır.