Astarada DƏHŞƏT:  İki azyaşlı evdə yanaraq öldü -  VİDEO   -YENİLƏNİB
21 fevral 2025 01:15 (UTC +04:00)

Astarada DƏHŞƏT: İki azyaşlı evdə yanaraq öldü - VİDEO -YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Astara rayonunun Kijəbə ərazi vahidliyinə daxil olan ucqar dağ kəndində yerləşən ikimərtəbəli yaşayış evində baş verən yanğında oğlan və qız olmaqla iki azyaşlı ölüb, üç nəfər yaralanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, 7 yaşlı Məmmədov Kənan Xətai oğlu  və 4 yaşlı  Məmmədzadə Zeynəb Xətai qızı yanaraq vəfat ediblər.

25 yaşlı Rəfiqə Mirzəyeva, 30 yaşlı Xətai Məmmədov və 1965-ci il təvəllüdlü İmaməddin Xanağa oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

***
01:14

Xəbər verdiyimiz kimi, Astara rayonunun Kijəbə ərazi vahidliyinə daxil olan ucqar dağ kəndində yerləşən ikimərtəbəli yaşayış evində baş verən yanğımda oğlan və qız olmaqla iki azyaşlı ölüb, bir nəfər yaralanıb. 

Lent.az APA-ya istinadən xəbər verir ki, onların bir və iki yaşı olub. 

Bildirilib ki, uşaqların babaları 1965-ci il təvəllüdlü İmaməddin Xanağa oğlu Məmmədov sol yuxarı ətrafın və bədənin müxtəlif nahiyyələrinin çoxsaylı yanığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

 

***
00:09

 

 

Astaranın Kijəbə qəsəbəsində yerləşən yaşayış evində gecə saatlarında yanğın baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı iki azyaşlı yanaraq ölüb.

Meyitlər daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2372

Oxşar yazılar