Almaniyada meyiti tapılan azərbaycanlı tələbə LƏNKƏRANDA DƏFN EDİLDİ
10 iyul 2025 18:00 (UTC +04:00)

Almaniyada meyiti tapılan azərbaycanlı tələbə LƏNKƏRANDA DƏFN EDİLDİ

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.

Lent.az xəbər verir ki, iyulun 5-də Almaniyanın Münhen şəhərində təhsil alan tələbə Kənan Camal oğlu Səfərovun meyiti yaşadığı ünvanda tapılıb.

Bu gün Kənan Səfərovun meyiti Azərbaycana, doğulduğu Lənkəran rayonunun Digah kəndinə aparılıb.

Vida mərasimindən sonra o, Digah kənd qəbiristanlığında torpağa tapşırılıb.

Yaxınlarının dediyinə görə, ilkin versiya olaraq Kənanın ölümünə səbəb soyuq su içdikdən sonra damarlarında tromblaşmanın əmələ gəlməsi olub.

Qeyd edək ki, evin tək övladı və birinci kurs tələbəsi olan Kənan Səfərov 6 ay idi Almaniyada yaşayırdı. Buna qədər isə o, anası ilə Bakı şəhərində yaşayıb.

***

7 iyul, saat 14:22

Azərbaycanlı tələbə Almaniyada ölü tapılıb.

Lent.az xəbər verir ki, birinci kurs tələbəsi Kənan Camal oğlu Səfərov iyulun 5-də Münhendə yaşadığı evdə ölü tapılıb.

Almaniyada yaşayan Azərbaycan vətəndaşı Mirnatiq Mirsultanov APA-ya açıqlamasında deyib ki, Kənan Səfərov 6 aydır Almaniyaya gəlib və həm təhsil alıb, həm də diş həkimi köməkçisi kimi işləyib.

O, iyulun 5-də işə getmədiyi üçün yaşadığı ünvana adam göndərilib, qapını döysələr də, açan olmayıb, mənzilə pəncərədən daxil olublar və döşəmənin üzərində Kənan Səfərovun meyitini aşkarlayıblar.

Meyitin üzərində hər hansı zorakılıq əlaməti olmayıb.

Onun qida zəhərlənməsindən və ya digər başqa səbəbdən ölümü araşdırılır.

Hüquq-mühafizə orqanlarına məlumat verilib, cənazənin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3914

Oxşar yazılar