Tümendə sutenyorlar azərbaycanlı müştərini qətlə yetiriblər
0
0
Fahişələrin xidmətindən yararlanmaq istəyi həmyerlimizə baha başa gəlib
Rusiyanın Tümen vilayətində xarici tikinti şirkətində çalışan azərbaycanlı öldürülüb.
Lent.az-ın Tümen vilayəti prokurorluğu yanında istintaq idarəsinə istinadən verdiyi məlumata görə, adı açıqlanmayan Azərbaycan vətəndaşı onu fahişələrlə görüşdürən sutenyor tərəfindən qətlə yetirilib.
Həmyerlimiz yüngül əxlaqlı qadınların xidmətindən yararlandığı vaxt öz mənzilində böyük məbləğdə pul saxladığını gizlətməyib. Bundan xəbər tutan Konstantin E. adlı sutenyor varlı müştərinin pullarına yiyələnmək qərarına gəlib. O, “həmkarı” Mixail F.-ə tikinti şirkəti əməkdaşının evini qarət təklifində bulunub.
İyulun 12-də onlar düşünülmüş plan üzrə həmyerlimizin evinə gələrək, yeyib-içmək məclisi qurublar. Səhərə yaxın isə sutenyorlar azərbaycanlı müştərini amansızcasına döydükdən sonra bıçaqla qarnına və boynuna öldürücü zərbələr endiriblər. Ardından onlar mənzildən 2 qızıl üzük, 5 min rubl və 500 dollar pul oğurlayaraq, qaçıblar. Lakin cinayət əməlini isti izlərlə üzə çıxarmaq mümkün olub.
Həbs olunanlara qarşı bir qrup şəxsin qarətlə müşayiət olunan qətl törətmə və əvvəlcədən razılaşdırılmaqla zərərçəkəni sağlamlığına ağır xəsarət yetirməklə qarət ittihamı ilə cinayət işi qaldırılıb.

Oxşar yazılar

Zaqatalada 40 yaşlı kişi körpüdən çaya düşdü - VİDEO
7 sentyabr 2025 , 22:18
Ağdaşda avtomobil aşdı, sürücü öldü
7 sentyabr 2025 , 21:14
Ermənistanda iki qardaş restoranda intihar etdi
7 sentyabr 2025 , 19:00
Şəmkirdə təcili yardım avtomobili minik maşını ilə toqquşdu, yaralılar var
7 sentyabr 2025 , 18:20
Goranboyda yük maşını mağazaya çırpıldı, yaralı var -FOTOLENT
7 sentyabr 2025 , 18:04
Gəncədə FACİƏ: ev uçdu, usta öldü -FOTOLENT -YENİLƏNİB
7 sentyabr 2025 , 16:37