Qubanın daha iki kəndi sürüşdü
01 may 2010 15:30 (UTC +04:00)

Qubanın daha iki kəndi sürüşdü

Haput kəndində evlər çatlayıb, Buduqda isə otlaq sahələrində yarğanlar əmələ gəlib

Mayın 1-də saat 14 radələrində Quba rayonunun Haput kəndində torpaq sürüşməsi baş verib. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, sürüşmə zonasına yaxın 9 evdə çatlar əmələ gəlib. Fövqəladə Hallar Nazirliyinin nümayəndələri əraziyə baxış keçirib.

Rayonun Buduq kəndində isə sakinlərin örüş sahələri sürüşüb. Hələlik sürüşmə nəticəsində kəndə heç bir ziyan dəyməsə də, otlaq sahələrində böyük çatlar və yarğanlar əmələ gəlib. Bu barədə Lent.az-a kənd sakinləri məlumat verib.

Qubanın Qudyalçay massivinə düşən yağışlar nəticəsində çayda suyun səviyyəsi artdığı üçün çay məcrasını dəyişərək, Mirzəqasım kənd sakinlərinin çay kənarında olan 1 hektara yaxın bağ sahəsini yuyub aparıb. Hazırda çayda güclü sel olduğu üçün əraziyə ağır texnika cəlb olunub və çayın məcrasının dəyişdirilməsinə hazırlıq görülür.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Məmmədov mövcud vəziyyətlə bağlı Nazirlər Kabinetinə müraciət edildiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 559

Oxşar yazılar