Bakıda ev partladı: 1 yaralı
27 aprel 2010 16:00 (UTC +04:00)

Bakıda ev partladı: 1 yaralı

Bu gecə Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 100 kv.m. olan ikimərtəbəli 4 otaqlı fərdi evin 1-ci mərtəbəsində partlayış baş verib.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın hadisəsi olmayıb.

Evin pəncərələri və lambirdən ibarət tavanı uçub, həmin vaxt evdə olan kirayənişin xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb.

İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 557

Oxşar yazılar