“Texnikabank” keçmiş filial müdiri və oğluna həbs cəzası
27 aprel 2010 12:15 (UTC +04:00)

“Texnikabank” keçmiş filial müdiri və oğluna həbs cəzası

Sabiq müdirin əmlakı da müsadirə edilib

Aprelin 27-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Texnikabank” ASC-nin Bakı filialının keçmiş müdiri Zal Yusifov və daha 14 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il, Vüqar Behbudov isə 7 il müddətinə azadlıqdan məhrum olunub. Z.Yusifovun oğlu İslam Yusifov isə 8 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. Zamində olan digər təqsirləndirilənlər barəsində isə məhkəmə şərti azadlıqdan məhrum olunma cəzası təyin edib.


İttiham aktına görə, “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Zakir oğlu Yusifov və filialın əməkdaşları onun oğlu İslam Yusifov, Vüqar Behbudov, Səmayə Məmmədova, Ramal Yusifov, Rauf Əhmədov, Ülvi Hüseynov, Fəxri Hüseynov, Dağıstan Nəsirov, Akif Həsənov, Elşən Həsənov, İntiqam Sultanov, Mübariz Zeynalov, Saleh Qasımov, Məhəmməd Mürsəlov 81 müştərinin pulunu mənimsəyiblər. Onlar zərərçəkmişlərin banka qoyduğu 4 mln. manat pulunu ələ keçiriblər. İttiham olunanlar 2008-ci ilin sentyabrın 25-də həbs olunublar.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1308

Oxşar yazılar