Kürəyində güllə gəzdirən azərbaycanlı uşaq
26 aprel 2010 16:00 (UTC +04:00)

Kürəyində güllə gəzdirən azərbaycanlı uşaq

10 yaşlı uşaq silahla ehtiyatsız davranmanın qurbanı olub

Türkiyədə yaşayan azərbaycanlı Nihad Xalid silah ehtiyatsızlığının qurbanına çevrilib.


Lent.az-ın Türkiyənin “Takvim” qəzetinə istinadən verdiyi məlumata görə, Xalidin ailəsi Azərbaycandan İstanbula 2000-ci ildə köçüb. Hazırda 10 yaşı olan Nihad 2009-cu il mayın 3-də küçədə topla oynayarkən qəflətən yerə yıxılıb və kürəyindən qan axmağa başlayıb. Xəstəxanaya aparıldıqdan sonra isə onun 7,65 mm-lik gülləylə vurulduğu məlum olub.


Polis güllə atanın kimliyini də üzə çıxarıb. Bu, təqaüddə olan 57 yaşlı R.Ö. (adı tam göstərilməyib) adlı polisdir. Onun hadisə vaxtı spirtli içki qəbul etdiyi məlum olandan sonra sərbəst buraxılıb.


Hazırda keçmiş polisin atdığı güllə Nihad Xalidin kürəyindədir. Hadisədən bir il keçməsinə baxmayaraq, həkimlər onun sinirini zədələməkdən ehtiyat edərək və nəticədə iflic ola biləcəyi ehtimalını nəzərə alaraq, gülləni hələ də çıxarmayıblar.


Buna baxmayaraq, Nihad hələ də əməliyyat ediləcəyi günün xəyalıyla yaşayır. Çünki bu cür yaşamaq ona çox əziyyət verir: 10 yaşlı uşağın kürəyi tez-tez sancılanır...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 285

Oxşar yazılar