Bakıda məhkum teplovoz qaçırmağa cəhd edib
26 aprel 2010 13:45 (UTC +04:00)

Bakıda məhkum teplovoz qaçırmağa cəhd edib

O, hadisə zamanı sərxoş olub

Aprelin 25-də saat 02.30 radələrində, Keşlə Dəmir Yolu Stansiyasında, Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Rəşad Həsənov sərxoş halda Biləcəri Lokomotiv Deposuna məxsus teplovoza oturub maşinist Rəfayel Cəfərovu, onun köməkçisi Tofiq Zeynulini və qatar tərtibatçısı İdris Səmədovu bıçaqla hədələyərək teplovozu Saatlı rayonuna sürməyə tələb edib.


Lent.az DİN-in saytına istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Həsənov tutulub.
Araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 314

Oxşar yazılar