DİN Tovuzdakı qəza ilə bağlı rəsmi açıqlama yaydı
22 aprel 2010 19:15 (UTC +04:00)

DİN Tovuzdakı qəza ilə bağlı rəsmi açıqlama yaydı

Hadisə nəticəsində 8 nəfər ölüb, 12 nəfər yaralanıb

Daxili İşlər Nazirliyi Tovuzda aprelin 21-də baş vermiş avtobus qəzası ilə bağlı rəsmi açıqlama yayıb. Lent.az nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, hadisə nəticəsində 8 nəfər ölüb, 12 nəfər yaralanıb.

Rəsmi məlumatda qeyd olunur ki, Tovuz rayonunun Qovlar qəsəbəsi ərazisində, Bakıdan Qazax istiqamətində hərəkət edən, Goranboy rayon sakini Mahir Əliyevin idarə etdiyi "Mercedes" markalı avtobusla, Tovuz rayon sakini Zirəddin Yusifovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus toqquşub.

Nəticədə, avtobus aşıb 8 sərnişin - Nizami Hüseynov, Qazax rayon sakinləri Sevinc Omarova, Nuradə Abdullayeva, Elvin Abdullayev, Gürcüstan vətəndaşı Təhminə Qəmbarova, Türkiyə vətəndaşları Özan Bülent Kazım, Yardımçı Yaşar və Yardımçı Bora Yaşar oğlu ölüb. 12 sərnişin - Gürcüstan vətəndaşları Nadir Osmanov, Esmira Qurbanova, Məhəmməd Osmanov, Qazax rayon sakinləri Aksana Əliyeva, Məsmə Əliyeva, Fariz Qocayev, onun oğlu Fərid, Tovuz rayon sakinləri Qoşqar Mehmanov, Qafar Məsimov, Gəncə şəhər sakini Rzaqulu Məmmədov, Türkiyə vətəndaşları Zöhrə Yardımçı və onun oğlu Burat Yardımçı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar