Tovuzdakı qəzada ölən və yaralananların kimliyi müəyyənləşdi - SİYAHI
20 aprel 2010 16:30 (UTC +04:00)

Tovuzdakı qəzada ölən və yaralananların kimliyi müəyyənləşdi - SİYAHI

Onların arasında azyaşlılar da var


Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan 8 nəfərin kimliyi müəyyənləşib. Tovuz rayon polis Şöbəsindən Lent.az-a bildirilib ki, həmin şəxslər aşağıdakılardır:

Nizami Hüseynov – Bakı sakini, 42 yaş
Xalid Ömərov – Bakı sakini, 25-30 yaş arası
Sevinc Omarova – Qazax sakini, 43 yaş
Ozan Kazım – Türkiyə vətəndaşı, 45 yaş
Yaşar Yardımçı – Türkiyə vətəndaşı, 35 yaş
Bora Yardımçı – Türkiyə vətəndaşı, 5 yaş
Təhminə Qambarova – Gürcüstan vətəndaşı, 56 yaş
Ramin Məmmədov - (həmin şəxslə bağlı məlumatlar dəqiqləşdirilir)


Qeyd edək ki, aprelin 21-də səhər saat 7 radələrində Tovuz rayonu ərazisində iki sərnişin avtobusu toqquşub. Lent.az-ın məlumatına görə, Bakı-Qazax yolunun 420-ci kilometrliyində, Tovuz rayonunun Dönük Qırıxlı kəndi ərazisində Bakı istiqamətində hərəkət edən mikroavtobusla Qazax istiqamətində hərəkət edən avtobus toqquşub. Nəticədə 8 nəfər həlak olub, 12 nəfər isə ağır yaralanıb.

Hadisə nəticəsində yaralananlar aşağıdakılardır:


Zöhrə Yardımçı - Türkiyə vətəndaşı, 35 yaş
Murad Yardımçı - Türkiyə vətəndaşı, 21 yaş
Nadir Osmanov - Gürcüstan vətəndaşı 44 yaş,
Esmira Qurbanova - Gürcüstan vətəndaşı, 33 yaş
Məhəmməd Osmanov - Gürcüstan vətəndaşı 12 yaş,
Fariz Qocayev - Qazax sakini, 32 yaş
Oksana Əliyeva - Qazax sakini, 27 yaş
Fərid Qocayev - Qazax sakini, 4 yaş
Qoşqar Mehmanov - Qazax sakini, 44 yaş
Məsimə Əliyeva - Qazax sakini 48 yaş
Qafar Məsimov- Tovuz sakini, 48 yaş
Rzaqulu Məmmədov - Tovuz sakini, 46 yaş


Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480

Oxşar yazılar