Elçibəyin vəfatı günü mühafizəçisi də dünyasını dəyişdi
Lent.az-ın məlumatına görə, Məzahir Bağırov 1962-ci ildə Gədəbəy rayonunda anadan olub. 1989-cu ildə milli-azadlıq hərəkatına qoşulub. O, Qarabağ uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Milli Qvardiyanın quruculuğundan xüsusi fəaliyyət göstərib və bu qurumun komandanının müavini vəzifəsində çalışıb.
M. Bağırov Əbülfəz Elçibəy Kələkidən Bakıya döndükdən sonra bir müddət onun mühafizəçisi kimi fəaliyyət göstərib. 2003-cü ildə Moskvaya, oradan isə Kiyevə köçüb.
Bir neçə gün öncə Gədəbəyə ailəsinə baş çəkməyə gedən M. Bağırovun avqustun 22-də, Əbülfəz Elçibəyin ölüm günündə səhhəti qəflətən pisləşib. Bakıya xəstəxanaya gətirilərkən yolda keçinib.

Oxşar yazılar

Şəkidə restoranda ÖLÜM
20 avqust 2025 , 10:52
Qobustanda FACİƏ: balıqçılar torpaq uçqununun altında qaldı, biri öldü
20 avqust 2025 , 10:00
Dəmiryolunda qəza: ölən var
20 avqust 2025 , 09:57
Gəncədə ağır qəza, 4 nəfər xəsarət aldı
20 avqust 2025 , 00:30
Gədəbəydə ev yandı, tüstüdən zəhərlənənlər var
19 avqust 2025 , 23:43
Azərbaycanda qazi həbs edildi - 100 minlik dələduzluq
19 avqust 2025 , 23:06
Evin həyətində meyit tapıldı
19 avqust 2025 , 19:37