DİN-dən Qaraçuxurdakı xüsusi əməliyyatla bağlı açıqlama
Bakıda keçirilən xüsusi əməliyyata rəsmi münasibət bildirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ötən gün axşam saatlarında paytaxtın Qaraçuxur qəsəbəsində əvvəllər məhkum olunmuş bir qrup şəxsin toplantı keçirməsi barədə nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub. Məlumat araşdırılıb və təsdiqini tapandan sonra hadisə yerinə əməliyyat qrupu çıxıb. Əməliyyat zamanı toplantıda iştirak edən şəxslər saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.
DİN-in mətbuat xidmətindən həmçinin bildirilib ki, bəzi mətbuat orqanlarında əməliyyat zamanı atışma baş verməsi, nəticədə ölən və yaralananların olması barədə məlumatlar həqiqətə uyğun deyil.
Qeyd edək ki, ötən gün saat 21.00 radələrində hüquq-mühafizə orqanları Bakının Qaraçuxur qəsəbəsində yerləşən “Yağmur” şadlıq evində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı kriminal aləmlə əlaqəsi avtoritetlər saxlanılıb.

Oxşar yazılar

Kürdə batan var - YENİLƏNİB
20 iyul 2025 , 21:00
Ağstafada kran aşdı, 3 nəfər...
20 iyul 2025 , 20:23
Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB
20 iyul 2025 , 19:42
Beş aylıq uşaq qəfil öldü
20 iyul 2025 , 19:16
Novxanıda dənizdə batan uşaqların FOTOLARI-YENİLƏNİB
20 iyul 2025 , 19:09
Keçmiş futbolçunun atası dənizdə boğuldu
20 iyul 2025 , 18:59
Ailə FACİƏSİ: Kişini arı sancıb öldürdü, arvadı infarkt keçirdi
20 iyul 2025 , 18:31