Qadınlar günlərini çox hissəsini mətbəxdə keçirirlər. Gözəl dizaynla və rahat mebellərlə tərtib edilmiş mətbəxdə yorğunluq əsla hiss olunmaz.
Lent.az rahat və gözəl mətbəx üçün önəmli detalları təqdim edir:
- Ehtiyacınıza uyğun olaraq seçilmiş mətbəx mebeli siz gözəl təamlar hazırlayarkən qətiyyən yormayacaq. Dar və kiçik mətbəxlərdə geniş masalar istifadə etmək bir müddətdən sonra sizi sevimli mətbəxinizdən uzaq salacaq.
- Mətbəx dekaronun ən önəmli nöqtələrindən biri də düzgün, müasir və diqqətçəkən işıqlanma sisteminin seçilməsidir. Mətbəx masasının üzərində də kiçik dekorativ işıqlandırıcılardan istifadə etmək olar.
- Mətbəxdə ilk diqqət çəkən yerlərdən biri də döşəmədir. Sadə və rəngli döşəmələrlə yanaşı, kilim tərkibli kiçik xalçalar da müasir görünüşlü mətbəxə sahib olmaq olar.
- Son illər mətbəxdə əvvəllər istifadə edilən açıq rəflər dəb olub.
- Gözəl görünüşlü mətbəx pərdə ilə tamamlanır. Son illər dəbli mətbəx istifadəçilər jalüz pərdələrə üstünlük verirlər.